Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Sutka ərzində İranda 322 nəfər koronavirusdan həyatını itirib

Tehran, 20 oktyabr AZƏRTAC

İranda koronavirusdan ölənlərin sayında kəskin artım müşahidə edilir. Yerli mətbuat bunu virusun ikinci dalğası hesab edir. Bu günə olan məlumata görə, ölkədə 5 min 39 nəfər koronavirusa yoluxub, 322 nəfər isə vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin rəsmisi Səadət Lari bildirib. Bununla da İranda yoluxanların ümumi sayı 539 min 670 nəfər, ölənlərin sayı isə 31 min 34-ə çatıb.
Müalicəsi davam edən 4 min 810-dan çox xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı, 436 min 675 nəfər sağalaraq evə buraxılıb.
Qeyd edək ki, İranda karantin rejimi yenidən sərtləşib. Tibbi maskadan istifadə etməyənlər cərimələnirlər. Tehran daxil olmaqla İranın 5 böyük şəhərinə müvəqqəti olaraq giriş-çıxış qadağan edilib.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2020-10-20 21:02:00