×
A
A
A
Sazlamalar

Avropa İttifaqı aqrar siyasət üçün İspaniyaya 47 milyard avro ayıracaq

Madrid, 20 oktyabr, AZƏRTAC 

Bu gün Avropa İttifaqının (Aİ) kənd təsərrüfatı nazirləri Vahid Kənd təsərrüfatı Siyasəti (VKS) islahatının 2023-cü ildən realizə edilməsi üçün onun son aspektlərinin müzakirəsini yekunlaşdırırlar.
AZƏRTAC xəbər verir ki, islahatın 2021-ci ildə qüvvəyə minməli olmasına baxmayaraq, o, yekun olaraq iyul ayında razılışdırılan Avropa İttifaqının büdcəsinin mövcud olmamasına görə iki il müddətinə təxirə salınmışdı. İspaniya bundan əvvəl aldığı 47 milyard avrodan bir qədər çox məbləği qoruyub saxlayacaq.
Ən vacib yenilik – yeni aqrar islahatın realizə edilməsi üzrə tədbirləri ehtiva edən strateji planın hər bir ölkə tərəfindən tərtib edilməsi tələbidir.
Aqrar islahat nəzərdə tutur ki, birbaşa ödənişlər ilk növbədə ümumi gəlirlərinin ən azı 20-30 faizini kənd təsərrüfatı fəaliyyətindən alan “həqiqi fermerlərə” getməlidir.


Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Dünya 2020-10-20 20:30:00