×
A
A
A
Sazlamalar

Ermənistanın Gəncəyə raket hücumları nəticəsində həlak olanların xatirəsi Sidneydə də anılıb

Kanberra, 20 oktyabr, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə növbəti raket hücumu nəticəsində həlak olanların xatirəsi Avstraliyanın Sidney şəhərində də anılıb.
AZƏRTAC xəbər verir ki, bu ölkədə yaşayan soydaşlarımız, türk icmasının nümayəndələri, eləcə də yerli sakinlər Sidney şəhərindəki Türk evinin qarşısına gələrək burada Avstraliya-Azərbaycan-Türk Dostluğu Birliyi tərəfindən təşkil edilmiş guşənin önünə gül dəstələri və şamlar düzür, şəhidlərimizin xatirəsinə dərin ehtiramlarını bildirərək, xalqımızla həmrəylik nümayiş etdirirlər.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 1:00 radələrində cəbhə zonasından uzaqda yerləşən Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub, 45-dən çox mülki şəxs yaralanıb, çoxlu sayda infrastruktura və nəqliyyat vasitəsinə ziyan dəyib.

 

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra

Cəmiyyət 2020-10-20 19:30:00