×
A
A
A
Sazlamalar

Türkiyə mediası Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətini canlı yayımlayıb

Ankara, 20 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin oktyabrın 20-də Azərbaycan xalqına müraciəti Türkiyənin kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə yayılıb.
AZƏRTAC xəbər verir ki, Anadolu agentliyi, TRT Haber, TGRT, A Haber, Haber Global və digər telekanallar, eləcə də media portalları müraciəti canlı yayımla dünya ictimaiyyətinə çatdırıblar.
Prezident İlham Əliyevin çıxışındakı mühüm məqamlar, önəmli mesajlar ayrı-ayrı başlıqlarla yazılı şəkildə ekranlarda əksini tapıb.

 

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Siyasət 2020-10-20 18:31:00