×
A
A
A
Sazlamalar

Millimizin futbolçusu klubunda ən yaxşı oyunçu seçilib

Bakı, 20 oktyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan millisinin və ABŞ-ın “Finiks Rayzinq” klubunun hücumçusu Rüfət Dadaşov USL-in dörddəbir finalında “Reno” ilə qarşılaşmanın (2:2, penaltilər - 5:4) ən yaxşı oyunçusu seçilib.
AZƏRTAC xəbər verir ki, forvard həmin matçda fəallığı ilə seçilib. O, oyunsonrası penaltilər seriyasında sonuncu zərbəni dəqiq yerinə yetirərək, komandasını növbəti mərhələyə yüksəldib.
Xatırladaq ki, “Finiks Rayzinq” yarımfinalda “El-Paso” ilə qarşılaşacaq. Matç oktyabrın 25-də keçiriləcək.

İdman 2020-10-20 18:07:00