Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türkiyədə axtarışda olan daha bir təhlükəli terrorçu məhv edilib

Ankara, 20 oktyabr, AZƏRTAC

Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan təhlükəli terrorçu, PKK üzvü Ahmet Bal zərərsizləşdirilib.
AZƏRTAC xəbər verir ki, axtarışına böyük məbləğdə mükafat nəzərdə tutulan Abmet Bal Türkiyə Milli Təhlükəsizlik Təşkilatının (MİT) keçirdiyi əməliyyat nəticəsində məhv edilib.
Onun PKK-nın Metina bölgəsi üzrə kəşfiyyat və xəfiyyə işlərinə başçılıq etdiyi bildirilir.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2020-10-20 18:05:00