×
A
A
A
Sazlamalar

Ermənistan ordusu Goranboy və Tərtər rayonlarının ərazisini raket-artilleriya atəşinə tutub

Bakı, 20 oktyabr, AZƏRTAC 

Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 20-də saat 17:00 radələrində Ermənistan ordusu tərəfindən Goranboy və Tərtər rayonlarının ərazisi raket-artilleriya atəşinə tutulub.

Ordu 2020-10-20 18:04:00