×
A
A
A
Sazlamalar

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı rəqəmsal vergilərlə bağlı razılaşmanı zəruri sayır

Bakı, 20 oktyabr, AZƏRTAC
Beynəlxalq rəqəmsal vergi standartlarını müəyyənləşdirmək üçün səylər göstərən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) açıqlamasında transmilli şirkətlərin sərhədləri aşan əməliyyatlarda vergi tənzimləmələrinə əməl etməməsinin qarşısının alması məqsədi daşıyan BEPS (baza məbləğinin aşındırılması və gəlirlərin köçürülməsi) tədbirlər planı ilə bağlı 137 ölkənin iki təməl prinsip üzərində razılığa gəldiyi bildirilib.
AZƏRTAC xəbər verir ki, açıqlamada bu prinsiplərin "qlobal minimum vergi" və rəqəmsal xidmətlər üzərindəki vergiqoyma haqlarının ölkələr arasında, xüsusilə sənayeləşmiş və inkişaf etməkdə olan ölkələr arasında yenidən bölüşdürülməsi olduğu qeyd edilib.
OECD-nin açıqlamasında, həmçinin rəqəmsal iqtisadiyyatda böyük şirkətlərin vergiyə cəlb edilməsi ilə bağlı görüşlərin nəticəsiz qalması və bunun ticarət müharibəsinə yol açacağı halda dünya üzrə ümumi daxili məhsulun 1 faiz itkiyə məruz qalacağı barədə xəbərdarlıq olunub.

Dünya 2020-10-20 17:42:00