×
A
A
A
Sazlamalar

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Cəlilabad sakinləri həbs edilib

Bakı, 20 oktyabr, AZƏRTAC

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Cəlilabad sakinləri həbs edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakinləri Z.Fərəcov, M.Fərziyev, B.Kəliyev, N.Şıxəliyev və T.Zeynalov Lənkəran şəhəri ərazisində saxlanılıb.
T.Zeynalovun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan Z.Fərəcova və M.Fərziyevə məxsus 3 kiloqram 575 qram heroin, 3 kiloqram 135 qram metamfetamin və 1 kiloqram 828 qram marixuana aşkar edilərək götürülüb.
Hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2020-10-20 17:28:00