×
A
A
A
Sazlamalar

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 20 oktyabr, AZƏRTAC

Oktyabrın 20-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106020784 ISIN-li, 20 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı 93.5088 AZN (11.6245 faiz) və 100 AZN (9 faiz) olan 21 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 97.5871 AZN (9.95 faiz), orta ölçülmüş qiyməti 97.8513 AZN (9.8445 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 84 milyon 795 min 700 manat, yerləşdirilmiş həcmi isə 30 milyon manat təşkil edib. İstiqrazlar 2023-cü il oktyabrın 17-də ödəniləcək. Hərrac iştirakçıları oktyabrın 21-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Maliyyə 2020-10-20 17:24:00