×
A
A
A
Sazlamalar

Səbail rayonu ərazisində oğurluq edən Lənkəran sakini saxlanılıb

Bakı, 20 oktyabr, AZƏRTAC

Səbail rayonu ərazisində oğurluq edən Lənkəran sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 13-də rayon ərazisindəki evlərin birindən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş S.Gözəlov saxlanılıb.
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Hadisə 2020-10-20 17:03:00