×
A
A
A
Sazlamalar

“Neftçi”nin sabiq prezidenti UEFA-dan yeni təyinat alıb

Bakı, 20 oktyabr, AZƏRTAC

Bakının “Neftçi” futbol klubunun sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan yeni təyinat alıb.
AZƏRTAC xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Hapoel” (Beer-Şeva, İsrail)-“Slaviya” (Praqa, Çexiya) matçında UEFA nümayəndəsi olacaq.
Oktyabrın 22-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:55-də başlayacaq.

İdman 2020-10-20 17:02:00