×
A
A
A
Sazlamalar

“Qarabağ”-“Makkabi” oyununu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək

Bakı, 20 oktyabr, AZƏRTAC

Ağdamın “Qarabağ” futbol klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki birinci matçına hakim təyinatları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisinin İsrailin “Makkabi” klubu ilə keçirəcəyi görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Con Biton olacaq. Ona yan xətt hakimləri Frensis Konnor və Daniel Makfarlan kömək edəcəklər. Dördüncü hakim funksiyasını Euan Anderson yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 22-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İdman 2020-10-20 16:38:00