×
A
A
A
Sazlamalar

Neftçala sakinindən nömrəsi silinmiş odlu silah aşkarlanaraq götürülüb

Bakı, 20 oktyabr, AZƏRTAC

Neftçala sakinindən nömrəsi silinmiş odlu silah aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Həsənabad qəsəbə sakini C.Əhmədovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “İJ-18” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Hadisə 2020-10-20 15:55:00