×
A
A
A
Sazlamalar

Mədəniyyət və İncəsənət Universitetinin tələbələrindən ordumuza dəstək

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kollektivi də sentyabrın 27-dən başlayaraq Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən uğurlu əks-hücum əməliyyatları zamanı düşmən ordusunun darmadağın edilməsi və cəbhədən gələn zəfər dolu xəbərlərə öz töhfəsini verməkdə davam edir. Ali Baş Komandana, ordumuza sonsuz inamını aşılamaq, əsgərlərimizə və xalqımıza ruh yüksəkliyi bəxş etmək üçün universitetin ayrı-ayrı fakültələri tərəfindən müxtəlif layihələr həyata keçirilir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Teatr sənəti fakültəsinin səhnə danışığı kafedrasının 3-cü kurs tələbələri “Əsgər” şeiri əsasında videoçarx hazırlayıblar. Həmçinin həmin fakültənin musiqili teatr aktyoru kafedrasının tələbələri hazırladıqları yeni videoçarxda Xalq şairi Səməd Vurğunun “Ananın öyüdü” şeirini ifa ediblər. Hər iki videoçarx universitetin rəsmi saytında yerləşdirilib.
ADMİU-nun Qarabağ müharibəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda yaradıcılıq işləri davam etməkdədir.

Elm və təhsil 2020-10-20 15:01:00