×
A
A
A
Sazlamalar

Silahlı Qüvvələrə Yardım Fonduna dəstək məqsədilə virtual satış sərgisi açılacaq

Bakı, 20 oktyabr, AZƏRTAC 

Bu gün saat 19:00-da Silahlı Qüvvələrə Yardım Fonduna dəstək məqsədilə rəssamların virtual satış sərgisi açılacaq.
Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, sərgi Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və www.artgift.az saytının təşkilatçılığı reallaşacaq. Satışdan əldə olunan bütün vəsaitin Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsi nəzərdə tutulub.
Rəsm əsərlərinin qiyməti simvolik olaraq 50, 100, 150, 200, 250 AZN dəyərində qiymətləndiriləcək. Sərgi xoş əhval ruhiyyə bəxş edən, o cümlədən, Qarabağ və Qələbə əhval ruhiyyəsində yaradılmış rəsm əsərlərindən ibarət olacaq.
Rəsm əsərlərinin alıcıları əsərləri bu möhtəşəm günlərimizdən xatirə kimi öz divarlarından asacaq, ödəniş isə birbaşa fonda ediləcək.
Hər bir rəsm əsəri və rəssam haqqında məlumat, rəssamın ürək sözləri Artgift reyestrində qeydə alınacaq və yayımlanacaq.
Satış sərgisi www.artgift.az incəsənət əsərlərinin satış portalı vasitəsilə yayımlanacaq.

 

Mədəniyyət 2020-10-20 14:43:00