×
A
A
A
Sazlamalar

Qırğızıstanda koronavirusa yoluxanların sayı 53 minə çatıb

Bişkek, 20 oktyabr, АZƏRTAC

Son sutkada Qırğızıstanda COVID-19-a 384 nəfər yoluxub, pandemiya dövründə bu rəqəm 52 min 910 nəfərə çatıb.
AZƏRTAC Qırğızıstanın Koronavirusla bağlı Respublika Qərargahına istinadla xəbər verir ki, son sutkada ölkədə 276 xəstə sağalıb və evə buraxılanların sayı 46 min 139 olub. Son gündə 1, pandemiya dövründə isə 3 min 545 tibb işçisində koronavirusa yoluxma halı qeydə alınıb.
Xəstəxanalarda 2 min 690, ev şəraitində 481 pasiyentin müalicə edildiyi bildirilir.
Son gündə 2, pandemiya dövründə isə 1113 pasiyent həyatını itirib.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Dünya 2020-10-20 14:18:00