×
A
A
A
Sazlamalar

® “OBA” marketlərində tibbi maska və informasiya bukletləri paylanılıb

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC Bakı şəhəri və Azərbaycanın digər bölgələrində yerləşən “OBA” marketlərində koronavirus pandemiyasından müdafiə məqsədilə sentyabr və oktyabr aylarında silsilə tədbirlər həyata keçirib. Layihə çərçivəsində tibbi maska və informasiya bukletləri paylanılıb.

Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "COVID 19 Koronavirus Pandemiyasının aktivləşməsi səbəbindən əhalinin maarifləndirilməsi istiqamətində tədbirlərin təşkili" layihəsinin icrasına start verilib.
“OBA” marketlər şəbəkəsi COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə tədbirlərinə qoşularaq marketlərində koronavirusdan müdafiə və maarifləndirmə məqsədilə təşkil olunan layihələrin keçirilməsini təmin edib.
Dəyişərək inkişaf edən və ən sərfəli alış-veriş ünvanı olan, fərqli və maraqlı kampaniyaları ilə alıcılarını sevindirməyə davam edən “OBA” marketlər şəbəkəsi cəmiyyətimizin sağlamlığını təmin etmək üçün Nazirlər Kabineti yanında Operativ Qərargahının qərarlarının həyata keçirilməsi istiqamətində tapşırıqlarına əməl edərək, sosial məsafə, tibbi maska, dezinfeksiya və digər tədbirlərə riayət edərək, əməkdaşları və alıcılarını qorumaqdadır.-

Sosial 2020-10-20 13:59:00