“France Football” nəşri tarixin ən yaxşı 10 sağ cinah hücumçusunun adını açıqlayıb
Bakı, 20 oktyabr, AZƏRTAC
Fransanın “France Football” nəşri tarixin ən yaxşı 10 sağ cinah hücumçusunun adını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, ən yaxşı sağ cinah hücumçularının siyahısında Devid Bekhem, Corc Best, Kevin Kiqan, Stenli Matyus (İngiltərə), Samuel Eto (Kameron), Luis Fiqo (Portuqaliya), Qarrinça, Jairzinho (Braziliya), Lionel Messi (Argentina) və Aryen Robben (Niderland) yer alıblar.
Siyahıda hazırda yaşıl meydanlarda çıxış edən futbolçular İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi və Niderlandın “Qroningen” komandasının üzvü Aryen Robbendir.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir