×
A
A
A
Sazlamalar

Üç rübdə ölkədən 59,1 min azot gübrəsi ixrac edilib

Bakı, 20 oktyabr, AZƏRTAC

Cari ilin yanvar-sentyabr aylarında ölkədən 59 min 135 ton azot gübrəsi ixrac olunub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, ixrac olunan azot gübrəsinin dəyəri isə 8 milyon 800 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, keçən il yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR karbamid” zavodu istifadəyə verilib. Zavod ildə 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu (azot gübrəsi) istehsal etmək gücündədir. İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur ki, bu da ölkəyə hər il 160 milyon dollaradək əlavə gəlirin daxil olmasına imkan verəcək. Zavodun inşası zamanı bir sıra beynəlxalq banklardan dövlət zəmanəti əsasında 500 milyon avro cəlb olunub.

 

Sənaye 2020-10-20 13:50:00