×
A
A
A
Sazlamalar

Pərviz Şahbazov: 2025-ci ilədək ölkədə elektrik enerjisinə tələbat 25,5 milyard kilovat/saata çatacaq

Bakı, 20 oktyabr, AZƏRTAC

2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kilovat/saata qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15 faiz faiz artımla 30 milyard kilovat/saata çatacağı proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Energetika naziri Pərviz Şahbazov deyib.
P.Şahbazov bildirib ki, bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilən, qoyuluş gücü 409 meqavat olan “Şimal-2” elektrik stansiyası, bu il təməli qoyulan və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 meqavat gücündə “Qobu” elektrik stansiyası hesabına əldə ediləcək. Həmçinin bu prosesdə “Azərenerji” ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 meqavat imkan gücündən istifadə ediləcək. Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var.

Energetika 2020-10-20 13:28:00