×
A
A
A
Sazlamalar

Doqquz ayda 59 milyon dollarlıq polietilen ixraca göndərilib

Bakı, 20 oktyabr, AZƏRTAC

Yanvar-sentyabr aylarında Azərbaycandan 90,7 min ton polietilen ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, hesabat dövründə ixrac olunan polietilenin dəyəri isə 59 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodu tikilib. Zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub.

Sənaye 2020-10-20 13:17:00