×
A
A
A
Sazlamalar

Dövlət-ordu-xalq birliyi bizi Qələbəyə aparır

Naxçıvan, 20 oktyabr, AZƏRTAC
Artıq 30 ildir ki, torpaqlarımızın 20 faizi düşmən tapdağı altında qalmışdı. Bu illərin nə qədər çətin, ağrılı keçdiyini Azərbaycan xalqından başqa kimsə anlaya bilməz. Məhz bunun nəticəsidir ki, bu gün xalqımız ordumuzun əks-hücum əməliyyatını böyük sevinclə, ruh yüksəkliyi ilə alqışlarla qarşılayır. Xalqımızdakı ruh yüksəkliyi, Vətən sevgisi Azərbaycan Ordusunun gücünə güc qatır, dövlət-ordu-xalq birliyi bizi Qələbəyə aparır.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı Telli Mustafayeva deyib.
O bildirib ki, bizim Mübariz, Polad, Fərid, Qabil, Cəbrayıl, Raquf, Raqib kimi canlarını Vətən yolunda sipər edən neçə-neçə igid oğullarımız var. Bu gün onların davamçıları döyüş meydanında Azərbaycanın şanlı tarixini yazır, düşmənə qan uddurur. Biz hər birimiz onlarla fəxr edir, qürur duyuruq.
Telli Mustafayeva vurğulayıb ki, bu gün bütün Azərbaycan xalqı sevinir. Çünki şəhidlərimizin qanı yerdə qalmır, torpaqlarımız düşmən tapdağından azad olunur. Bu gün ümummilli liderimiz Heydər Əliyevin “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir”- kəlamı real həyatda öz təntənəsini yaşayır. Ümummilli Liderimizin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qüdrəti bizə zəfər sevinci yaşadır.
Vətəni üçün daim canından keçməyə hazır olan igidlərimiz varsa, deməli, biz həmişə qalib gələcəyik. O igid oğullar ki, bu gün erməni tapdağı altında olan torpaqlarımızın hər bir qarışını xilas etmək naminə canlarını heçə sayır, qəhrəmancasına, qorxmadan, cəsarətlə döyüşürlər.

 

Regionlar 2020-10-20 13:15:00