×
A
A
A
Sazlamalar

Ermənistanda son sutka ərzində 1234 nəfər koronavirusa yoluxub,10 nəfər ölüb

Tbilisi, 20 oktyabr, AZƏRTAC
Ermənistanda koronavirusa yoluxma kütləvi hal alıb. Son sutka ərzində ölkədə 1234 nəfər koronavirusa yoluxub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan səhiyyə nazirliyinin xəstəliklərə nəzarət və onların profilaktikası milli mərkəzi məlumat yayıb.
Bildirilib ki, bununla da Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 66 min 694 nəfərə yüksəlib. Pandemiya qurbanlarının sayı isə 1101-ə çatıb ki, onların da 10-nu son sutkada ölüb.
Hazırda Ermənistanda 16 min 541 aktiv koronavirus xəstəsinin olduğu bildirilir.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2020-10-20 13:01:00