×
A
A
A
Sazlamalar

Kimya sənayesi məhsullarının ixracı azalıb

Bakı, 20 oktyabr, AZƏRTAC

Yanvar-sentyabr aylarında Azərbaycandan 432,9 min ton kimya sənayesi məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən kimya sənayesi məhsullarının dəyəri isə 60,2 milyon ABŞ dolları olub.
Xatırladaq ki, keçən ilin eyni aylarında ölkədən ixrac olunan 376,5 min ton kimya məhsullarının dəyəri 76,6 milyon dollar təşkil etmişdi.

Sənaye 2020-10-20 12:54:00