×
A
A
A
Sazlamalar

“Azərişıq” ASC-nin əməkdaşları “Əsgərə məktub” layihəsinə qoşulublar

Bakı, 20 oktyabr, AZƏRTAC
“Azərişıq” ASC-nin rəhbərliyi və qurumun əməkdaşları “ASAN Könüllüləri” təşkilatının “Əsgərə məktub” layihəsinə qoşulub.
ASC-nin Mətbuat Xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azərişıq” əməkdaşlarının böyük həvəslə yazıb əsgərlərə ünvanladığı məktublarında Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın azadlığı uğrunda apardığı döyüşlərdən fəxrlə bəhs edilib. Mənfur düşmənə qarşı göstərdikləri rəşadətli əməliyyatlara görə əsgərlərə minnətdarlıq ifadə olunub.
Şanlı və müzəffər Azərbaycan əsgərinə məktublar “Siz cəbhəni, biz zülməti yaraq!” devizi ilə yazılıb.

Energetika 2020-10-20 12:46:00