×
A
A
A
Sazlamalar

Milli Azərbaycan Tarixi Muzeyinə Qarabağ hadisələrini əks etdirən rəsm əsərləri təqdim olunub

Bakı, 20 oktyabr, AZƏRTAC 

Azərbaycan Rəssamlar İttifaqının üzvü, Dövlət Mədəniyyət və İncəsənət Universitetin müəllimi, istedadlı rəssam Mir Azər Abdullayev igid döyüşçülərimizin qəhrəmanlığına, saxta erməni təbliğatının ifşasına, tariximizin təhrif olunmasına dair bir sıra əsərlər yaradıb. Müəllif Qarabağ hadisələri və vətənpərvərlik mövzularında yaratdığı üç əsərini Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, tarixi faktlar özündə əks etdirən bu rəsm əsərləri gənclərdə vətənpərvərlik tərbiyəsinin inkişafında əhəmiyyətə malikdir. ‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬

Elm və təhsil 2020-10-20 12:35:00