×
A
A
A
Sazlamalar

Xam neft və neft məhsullarının ixracı azalıb

Bakı, 20 oktyabr, AZƏRTAC

Yanvar-sentyabr aylarında Azərbaycandan 21 milyon 832,5 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. İxrac edilən neft və neft məhsullarının dəyəri isə 7 milyard 158 milyon ABŞ dolları olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Xatırladaq ki, ötən ilin eyni aylarında ölkədən 23 milyon 254 min ton xam neft və neft məhsulları ixrac olunmuş, ixracın dəyəri 11 milyard 276 milyon dollar təşkil etmişdi.

 

Neft - qaz 2020-10-20 12:05:00