×
A
A
A
Sazlamalar

Auditorlar Palatası cəbhə bölgəsinə növbəti dəfə yardım paketləri çatdırıb

Bakı, 20 oktyabr, AZƏRTAC

Auditorlar Palatası növbəti dəfə Azərbaycan Silahlı Qüvvələrinə yardım paketləri hazırlayaraq N saylı hərbi hissəyə çatdırıb.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu əməliyyatların həyata keçirildiyi bu günlərdə ölkədə fəaliyyət göstərən dövlət qurumları, o cümlədən müəssisə və təşkilatlar, şirkətlər, fərdi vətəndaşlar, qeyri-hökumət təşkilatları və sair Orduya dəstək məqsədilə müxtəlif vasitələrlə yardımlar edirlər. Auditorlar Palatası qəhrəman Ordumuzun cəbhəboyu apardığı uğurlu əməliyyatlarda göstərdikləri cəsarətə görə Azərbaycan Silahlı Qüvvələrini dəstəkləyir və onlara yeni-yeni uğurlar arzulayır.
Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

 

İqtisadiyyat 2020-10-20 11:53:00