×
A
A
A
Sazlamalar

Ötən ildən tətbiq olunan sığorta stajı amnistiyasından 25 minə yaxın şəxs faydalanıb

Bakı, 20 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına əsasən, 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatmış şəxslərlə bağlı tətbiq olunan sığorta stajı amnistiyasından ötən dövrdə 25 minə yaxın şəxs faydalanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, onlardan böyük hissəsi sığorta stajı amnistiyası nəticəsində pensiya hüququ əldə edib və pensiya təminatı sisteminə daxil olub. Digər qisminin isə pensiyaları ciddi şəkildə artıb.
Yaşlı əhaliyə humanist yanaşmanın nəticəsi olan bu islahat çərçivəsində əmək pensiyası yaşına çatmış və fərdi hesabında ən kiçik məbləğdə pensiya kapitalı qeydə alınan şəxslərə 2006-cı ilin yanvarın 1-dək 25 il sosial sığorta stajı hədiyyə edilir.

 

Sosial 2020-10-20 11:58:00