×
A
A
A
Sazlamalar

Diri çәkidә әt istehsalı 3,1 faiz artıb

Bakı, 20 oktyabr, AZƏRTAC 

Cari ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilә müqayisәdә diri çәkidә әt istehsalı 3,1 faiz artaraq 387,1 min ton təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, hesabat dövründə süd istehsalı 1,8 faiz artaraq 1 milyon 602,1 min ton, yumurta istehsalı 5,9 faiz artaraq 1 milyard 467,9 milyon әdәd, yun istehsalı isə 0,4 faiz artaraq 15,9 min ton olub.

 

Kənd təsərrüfatı 2020-10-20 11:43:00