×
A
A
A
Sazlamalar

“Qaynar xətt”ə daxil olan şikayət əsasında sexin rəhbərliyinə məcburi göstəriş verilib

Bakı, 20 oktyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”inə Binəqədi rayonu, 7-ci mikrorayon sakinləri tərəfindən yaxınlıqda yerləşən metaləritmə sexinin fəaliyyəti zamanı havaya tüstü və tozun yayılması ilə bağlı daxil olan məlumat şikayətçilərin iştirakı ilə yerində araşdırılıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı həmin metaləritmə sexində qaz-toztutucu qurğunun quraşdırılmadığı səbəbindən atmosferə normadan artıq tullantı atıldığı müəyyən edilib. Faktla bağlı akt tərtib olunub, tez bir zamanda qaz-toztutucu qurğunun quraşdırılması üçün sexin rəhbərliyinə məcburi göstəriş verilib.

Ekologiya 2020-10-20 11:41:00