×
A
A
A
Sazlamalar

Gəncədə erməni terroru nəticəsində həlak olan vətəndaşlarımızın xatirəsi Tallində anılıb

Tallin, 20 oktyabr, AZƏRTAC

Estoniyada yaşayan çoxsaylı soydaşlarımız Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket hücumunun qurbanlarını yad etmək məqsədilə Azərbaycan-Estoniya dostluq parkına axın edirlər.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Estoniyanın 100 illiyi münasibətilə iki xalq arasında tarixi əlaqələrin və dostluğun rəmzi olaraq salınmış parka gələn soydaşlarımız buradakı qayanın üzərinə güllər düzür, Gəncədə həlak olanlar mülki sakinlərin xatirəsini anır, yaralananlara şəfa diləyirlər.


Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn

Cəmiyyət 2020-10-20 11:05:00