×
A
A
A
Sazlamalar

Biləsuvarda tərəvəz sahələrinin hər hektarından 400 sentnerdən çox məhsul toplanılıb

Biləsuvar, 20 oktyabr, Mahir Babayev, AZƏRTAC

Biləsuvarda tərəvəz yığımı başa çatmaq üzrədir. Cari ilin 9 ayında məhsul istehsalçıları becərdikləri tərəvəz sahələrindən 51 min 342,7 ton məhsul tədarük ediblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1504,7 ton çoxdur.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, biləsuvarlı əkinçilər cari ilin məhsulu üçün erkən yazda 1284,2 hektar sahədə tərəvəz əkiblər. Bu da ötən ildəkindən 528,5 hektar çoxdur. Xeyli vaxtdır ki, əkinçilər becərdikləri tərəvəz sahələrinin məhsulunu toplayırlar. İlin ötən ayları ayı ərzində sahələrdən 51 min 342,7 ton məhsul tədarük olunub. Hər hektarın məhsuldarlığı 399,8 sentner olub. Yığılan məhsulun 3 min 754 tonunu xiyar, 44 min 236 tonunu pomidor, 298 tonunu badımcan, 166 tonunu bibər, 153 tonunu sarımsaq, 456 tonunu soğan, 1910 tonunu yaşıl noxud, 5,7 tonunu yaşıl lobya, 72 tonunu boranı, 292 tonunu isə digər tərəvəz məhsulları təşkil edib. Tərəvəz yığımında rayonun Xırmandanlı, Günəşli, Ağayrı, Ağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə fəaliyyət göstərən fermerlər xüsusi ilə fərqlənirlər. Qeyd edək ki, biləsuvarlı əkinçilər ötən il tərəvəz sahələrindən 49 min 838 ton məhsul tədarük ediblər.
Rayonda tərəvəz yığımı ilin sonuna qədər davam edəcək.

Kənd təsərrüfatı 2020-10-20 10:37:00