×
A
A
A
Sazlamalar

Kürdəmirdə doqquz ayda 1281 yeni iş yeri açılıb

Kürdəmir, 20 oktyabr, AZƏRTAC

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası, sahibkarlara göstərilən dövlət dəstəyi Kürdəmir rayonunda da yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına şərait yaradır. Təsadüfi deyil ki, 2020-ci ilin 9 ayında bölgədə 1281 yeni iş yeri açılıb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, doqquz ayda açılan təzə iş yerlərinin 1251-i daimidir. Daimi iş yerlərinin 152-si yeni yaradılan müəssisə və təşkilatlarda, 79-u mövcud müəssisə və təşkilatlarda olub. Qalanı isə fiziki şəxslərdədir.

Regionlar 2020-10-20 10:27:00