×
A
A
A
Sazlamalar

Türkiyə Superliqası: “Alanyaspor” “Qalatasaray” üzərində qələbə qazanaraq liderliyə yüksəlib

Bakı, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 19-da futbol üzrə Türkiyə çempionatının beşinci turunun sonuncu gün qarşılaşmasında “Qalatasaray” doğma meydanda “Alanyaspor”u qəbul edib.
AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı 34-cü dəqiqədə İstanbul təmsilçisinin hücumçusu Radamel Falkao açıb. Lakin qonaqların hücumçusu Kouma Babakar matçın 43-cü dəqiqəsində hesabı bərabərləşdirib. Alanya klubu 90+5-ci dəqiqədə qələbəsini rəsmiləşdirib. Davidson komandasına 3 xal qazandıran qolun müəllifi olub.
Beləliklə, "Alanyaspor" "Qalatasaray" üzərində qələbə qazanaraq liderliyə yüksəlib.
Günün digər matçında isə "Dənizlispor" səfərdə "Gənclərbirliyi"ni 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. Beşinci turda "Beşiktaş" istirahət edib.
Hazırda çempionatın turnir cədvəlinə 13 xalla "Alanyaspor" başçılıq edir. Ondan iki xal geri qalan "Fənərbağça" ikinci, 8 xala malik olan "Fatih Karagümrük" isə üçüncü pillədə qərarlaşıb.

İdman 2020-10-19 23:50:00