×
A
A
A
Sazlamalar

Ankarada əlverişsiz hava və güclü yağıntı böyük problemlər yaradıb

Ankara, 19 oktyabr, AZƏRTAC

Ankarada tədricən pisləşməyə doğru gedən hava şəraiti bir anda daha gərginləşərək sel və daşqına səbəb olub.
AZƏRTAC xəbər verir ki, güclü külək və yağış Türkiyə paytaxtında böyük problemlər yaradıb. Normadan dəfələrlə artıq düşən yağıntı bir neçə dəqiqə ərazində şəhərin əsas meydan və yollarında güclü selə səbəb olub. Yeraltı keçidləri və tunelləri su basıb. Bu yerlədə qalan avtomobillər xilasedicilərin köməyi ilə kənara çəkilib.
İki çoxmərtəbəli binanın dam örtüyü qoparaq ətrafa dağılıb, bir neçə avtomobilə zərər dəyib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2020-10-19 21:53:00