×
A
A
A
Sazlamalar

Ermənistan ordusunun daha bir neçə hərbi texnikası ələ keçirilib FOTO VİDEO

Qarabağ, 19 oktyabr, T.Ağaməmmədov, foto R.Mehdiyev, AZƏRTAC

Azərbaycan Ordusu qarşısında aciz qalan düşmən silah-sursatını, döyüş texnikalarını ataraq və döyüş mövqelərini tərk edərək qaçır.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, hərbçilərimizin uğurlu əməliyyatı nəticəsində düşmənin daha bir neçə hərbi texnikası - 2 "KamAZ", 1 "Ural", 3 "QAZ", 2 "UAZ", 1 “Niva” markalı avtomobil və 1 traktor qənimət kimi ələ keçirib. Texnikaların hamısı işlək vəziyyətdədir.
Qeyd edək ki, daha əvvəl də Ermənistan ordusunun hərbi texnikaları qənimət olaraq ələ keçirilmişdi.

2020-10-19 21:04:00

Video