×
A
A
A
Sazlamalar

Azərbaycanın Dubaydakı baş konsulluğu Gəncədə erməni terroru qurbanlarının xatirəsinə stend təşkil edib

Qahirə, 19 oktyabr, AZƏRTAC
Azərbaycanın Dubaydakı baş konsulluğunda Ermənistanın dinc əhalini raket atəşinə tutması nəticəsində həlak olan dinc sakinlərin, o cümlədən uşaqların xatirəsinə həsr edilmiş “Gəncə üçün dua et!” adlı stend təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ), o cümlədən Dubayda yaşayan soydaşlarımız, habelə yerli sakinlər stendin önünə gül dəstələri düzüb, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Baş konsulluq BƏƏ mətbuatında Azərbaycan Ordusunun qələbələri, Ermənistanın mülki insanları və obyektləri hədəfə alması, erməni işğalı haqqında məqalələr də dərc etdirib.
“Alkhabbar”, “Westelbaled”, “Albavadhalyoum” informasiya portallarında dərc edilmiş xəbər və məqalələrdə Gəncədə dinc insanların öldürülməsi, Ermənistanın hərbi təxribatları və işğalçı siyasəti barədə ətraflı məlumatlar yer alıb.

 

Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Cəmiyyət 2020-10-19 19:55:00