×
A
A
A
Sazlamalar

Azərbaycanın Böyük Britaniya səfirliyinin binası önündə Gəncə hadisələrini əks etdirən xatirə guşəsi yaradılıb

London, 19 oktyabr, AZƏRTAC

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə atəşə tutulması nəticəsində həlak olan həmvətənlərimizin əziz xatirəsini anmaq üçün ölkəmizin Londondakı səfirliyinin binası önündə xain hücumun nəticələrini əks etdirən şəkillərdən ibarət guşə yaradılıb.
AZƏRTAC xəbər verir ki, Londonda yaşayan soydaşlarımız bu hücumun qurbanlarını yad etmək məqsədilə səfirliyin binasının qarşısına gələrək oraya gül-çiçək, uşaq oyuncaqları qoyur, başsağlığı verir, yaralılara şəfa diləyirlər.

 

Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Cəmiyyət 2020-10-19 19:53:00