×
A
A
A
Sazlamalar

Doqquz ayda dəmir yolu ilə 1,6 milyon sərnişin daşınıb

Bakı, 19 oktyabr, AZƏRTAC

Cari ilin yanvar-sentyabr aylarında dəmir yolu nəqliyyatı ilə 1,6 milyondan çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınmasında 34,5 faiz azalma olub.
Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 275 vaqon yüklənib, 391 vaqon isə boşaldılıb.
Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 12,3 min ton, qərb istiqaməti üzrə 3,2 min ton, cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.

Nəqliyyat 2020-10-19 18:45:00