×
A
A
A
Sazlamalar

Sutka ərzində İranda koronavirusdan 337 nəfər həyatını itirib

Tehran, 19 oktyabr, AZƏRTAC

İranda koronavirusa yoluxaraq ölənlərin sayında kəskin artım müşahidə edilir. Bu günə olan məlumata görə İranda 4 min 251 nəfər koronavirusa yoluxub, 337 nəfər isə vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında deyib. Bununla da İranda yoluxanların ümumi sayı 534 min 631 nəfər, ölənlərin sayı isə 30 min 712-ə çatıb.
Müalicəsi davam edən 4 min 771 çox xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 431 min 360 nəfər sağalaraq evə buraxılıb.
Tehran daxil olmaqla İranın 5 böyük şəhərinə müvəqqəti olaraq giriş-çıxış qadağan edilib.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2020-10-19 18:29:00