Son sutkada Qırğızıstanda COVID-19-a 482 nəfər yoluxub
Bişkek, 19 oktyabr, AZƏRTAC
Qırğızıstanda COVID-19 koronavirusuna yoluxanların sayı yenə də artıb. Dünən yoluxma sayı 470 olmuşdursa, bu gün 482-yə çatıb. Beləliklə ölkədə koronaviruslu xəstələrin sayı 52 min 526 nəfər olub.
AZƏRTAC Qırğızıstan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saatda virusdan ölən olmayıb, bu xəstəlikdən həyatını itirənlərin sayı 1111 nəfərdir.
Qeyd edilir ki, son gündə 10, ümumiyyətlə isə 3 min 544 tibb işçisində koronavirus aşkar edilib.
Xəstəxanalarda 2 min 550, ambulator müalicədə 2 min 518 xəstə olduğu bildirilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür
Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir
Blinken Çinə dörd günlük səfər edəcək
Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər
BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir