×
A
A
A
Sazlamalar

Masallının üzüm bağlarından 1048,8 ton məhsul yığılıb

Masallı, 19 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunda üzüm yığımı davam edir. Rayonun üzüm bağlarından indiyədək 1048,8 ton məhsul yığılıb. Bunun 246 tonu fermerlərin, 802,8 tonu şəxsi təsərrüfat sahiblərinin payına düşür.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Masallı Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, rayonda üzümçülüklə məşğul olan fermerlər və təsərrüfat sahibləri bu il sahələrdə bol məhsul yetişdiriblər. Rayonda yetişdirilmiş üzüm məhsulu əsasən yerli bazarlarda satışa çıxarılır. Məhsul istehsalçıları üzümün satış qiymətindən razılıq edirlər.
Qeyd edək ki, ötən il rayonun üzümçüləri bağlardan 1054 ton məhsul yığıblar.

Regionlar 2020-10-19 18:02:00