×
A
A
A
Sazlamalar

Banqladeşdə COVID-19 virusuna yoluxanların sayı 390 mini ötüb

Pekin, 19 oktyabr, AZƏRTAC

Son sutka ərzində Banqladeşdə yeni növ koronavirusa (COVID-19) 1637 yoluxma və bu virus səbəbindən 21 ölüm faktı qeydə alınıb.
AZƏRTAC Banqladeşin Səhiyyə Xidmətləri üzrə Baş İdarəsinə istinadla xəbər verir ki, ölkədə virusa yoluxanların ümumi sayı 390 mini ötüb, ölənlərin sayı isə 5681-ə çatıb.
İdarənin açıqlamasında deyilir ki, indiyədək virusa yoluxanların 78 faizi sağalıb, 1,46 faizi ölüb. Ölkədəki COVID-19 pasiyentlərinin təxminən 75 faizi evdə və ya yaşadıqları yerlərdə müalicə alırlar. Tibbi personal onların vəziyyətini telefon və ya internet portalı vasitəsilə nəzarətdə saxlayır.
Qeyd edək ki, Banqladeşdə COVID-19 infeksiyasına ilk yoluxma martın 8-də, ilk ölüm isə martın 18-də qeydə alınıb. Ölkədə ən çox yoluxma paytaxt Dəkkə, Çattoqram və Narayanqanc şəhərlərindədir. Hökumət yaşayış məntəqələrini yoluxma sayına görə qırmızı, sarı və yaşıl zonalara bölüb. Gündəlik ən çox yoluxma (4019 nəfər) iyulun 2-də qeydə alınıb.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2020-10-19 17:43:00