Azərbaycan güləşçiləri açıq Kiyev turnirində iki medal qazanıblar
Bakı, 19 oktyabr, AZƏRTAC
Ukraynada sərbəst və qadın güləşi üzrə açıq Kiyev turniri keçirilib.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, yarışda Ukrayna, Azərbaycan, Rusiya, Moldova, Polşa, Yunanıstan və Fransa təmsilçiləri mübarizə aparıblar.
Turnirdə qadınlardan ibarət yığmamızın iki üzvü çıxış edib. Tatyana Omelçenko (65 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. T.Omelçenko bu dəfə yuxarı çəkidə qüvvəsini sınamasına baxmayaraq, Aleksandra İşçenko, Manola Skobelska və Tatyana Rijkonu üstələyərək qızıl medal qazana bilib.
Alyona Kolesnik (57 kq) Karina Xornomoru məğlub etdikdən sonra Solomiya Vinnikə uduzub. Ancaq Violetta Petrovskaya qalib gələn millimizin üzvü bürünc medalı boynundan asıb.
Qeyd edək ki, komanda hesabında Azərbaycan 40 xalla ikinci yeri tutub.
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib