×
A
A
A
Sazlamalar

Cari ildə 18,3 milyard kilovat/saat əmtəəlik elektrik enerjisi istehsal olunub

Bakı, 19 oktyabr, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 milyard 968,9 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Ondan əmtəəlik 18 milyard 360,1 milyon kilovat/saat elektrik enerjisi alınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin həcmin 17 milyard 375,5 milyon kilovat/saatı istilik, 874,4 milyon kilovat/saatı su, 37 milyon kilovat/saatı günəş, 73,2 milyon kilovat/saatı isə külək elektrik stansiyalarında istehsal olunub.

 

Energetika 2020-10-19 16:14:00