×
A
A
A
Sazlamalar

ADAU-nun Ukraynadakı tərəfdaşları xalqımızla həmrəy olduqlarını bildirirlər

Gəncə, 19 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Erasmus+ proqramı çərçivəsində “Aqrar sektorda davamlılıq prinsipləri əsasında klasterlərin yaradılması üzrə innovasiyaların inkişafı” layihəsində əməkdaşlıq etdiyi Ukrayna Bila Tserkva Milli Aqrar Universiteti, Poltava Dövlət Aqrar Universiteti, Lvov Milli Aqrar Universiteti, Mərkəzi Milli Texniki Universiteti, Milli Aqrar Elmlər Akademiyasının Əkinçilik İnstitutu, “Kiyev Mohyla Akademi” Milli Universiteti, “Ukrayna Ərzaq Vadisi” İctimai Birliyi, “Dobro-Kraft” Fermer Müəssisəsi və Yavoriv Milli Təbiət Parkının əməkdaşları Ermənistan silahlı qüvvələrinin mülki əhalini hədəf almasını ürəkağrısı ilə qarşıladıqlarını, dinc insanların öldürülməsinin bəşəriyyət üçün böyük cinayət olduğunu, yaşanan hadisələrin dünya ictimaiyyəti tərəfindən qınanılmasının vacibliyini vurğulayıb, ölkəmizin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini, xalqımızla həmrəy olduqlarını bildiriblər.
Bu barədə AZƏRTAC-a ADAU-dan məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov erməni terroru, Ermənistan tərəfindən dinc insanların məqsədli şəkildə öldürülməsi, ölkəmizin ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə dəhşətli raket atəşləri nəticəsində mülki insanların həlak olması və obyektlərin dağıdılması, o cümlədən ADAU-nun Aqrotexnologiya fakültəsinin tədris binasının zərər dəyməsi barədə müxtəlif ölkələrin ali təhsil müəssisələrinin rəhbərlərini, əməkdaşlarını məlumatlandırır.

Regionlar 2020-10-19 16:11:00