×
A
A
A
Sazlamalar

Kürdəmirin istixana təsərrüfatlarında 1516 tondan çox tərəvəz yığılıb

Kürdəmir, 19 oktyabr, AZƏRTAC

Kürdəmir rayonunda 18,6 hektar istixana təsərrüfatı var. Cari ildə bu təsərrüfatlarda 17,2 hektar sahə əkilib və doqquz ayda buradan 1516,4 ton tərəvəz yığılıb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilib ki, bu il istixana təsərrüfatlarında əkin sahəsi ötən ildəkinə nisbətən 5,7 hektar çox olub. İstehsal edilən tərəvəz məhsulları da 58,3 ton artıb. Cari ildə təsərrüfatlardan satışa 112,8 ton xiyar, 1403,6 ton pomidor çıxarılıb.

Kənd təsərrüfatı 2020-10-19 15:56:00