×
A
A
A
Sazlamalar

Azərbaycan Rəssamlar İttifaqı Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

Bakı, 19 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Ordusunun Ermənistan silahlı qüvvələrinin növbəti təxribat xarakterli hücumlarına layiqli cavab verərək, Qarabağ və onun ətrafındakı işğal olunmuş rayonlarımızı erməni hərbi birləşmələrindən təmizləməsi Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin də qəlbində böyük sevinc və iftixar hissi oyadıb, erməni işğalı altında olan bütün torpaqlarımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz tərəfindən tezliklə azad ediləcəyinə inamı daha da artırıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqı ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 5 min manat vəsait köçürüb.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.
Qarabağ Azərbaycandır!

Mədəniyyət 2020-10-19 15:37:00